reklam
Şahmat Olimpiadası davam edir
Sportfm.az xəbər saytı

Şahmat Olimpiadası davam edir


Onlayn formatda keçirilən Ümumdünya Şahmat Olimpiadasının 4-cü divizionunun oyunları davam edir.

Sportfm.az xəbər verir ki, oyunlarda baza divizionunun 12 qalibi də daxil olmaqla 50 komanda beş qrupda mübarizə aparır. Ötən turların oyunlarına görə, Tailand, Honkonq (A qrupu), Suriya, Mozambik (B qrupu), Nigeriya, Mavritaniya (C qrupu), Fələstin, Anqola (D qrupu), Honduras, Trinidad və Tobaqo (E qrupu) liderlik edirlər.

Hər qrupda ilk üçlükdə yer alan yığmalar 3-cü diviziona vəsiqə qazanacaqlar. Dördüncü divizionun oyunları avqustun 2-dək davam edəcək.

Xatırladaq ki, baza divizionun oyunları iyulun 25-dən 27-dək keçirilib. Turnirə ümumilikdə 163 komanda qatılıb. Olimpiadanın güclü komandalarından sayılan Azərbaycan yığması avqustun 21-də top divizionda mübarizəyə başlayacaq. 

Oxşar xəbərlər

Qrup mərhələsinin püşkü atıldı - Afrika Millətlər Kuboku
Bu gün 4-cü divizionun oyunları start götürəcək
Divizionda 12 komanda növbəti mərhələyə yüksəldi
Afrikada 40 komanda yarışacaq - Püşk atıldı
Millimiz ABŞ və Rusiya yığmaları ilə bir qrupda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər