Divizionda 12 komanda növbəti mərhələyə yüksəldi
Ümumdünya Şahmat Olimpiadası çərçivəsində baza divizionunda birinci mərhələnin oyunları başa çatıb.
Sportfm.az xəbər verir ki, 3 qrup üzrə mübarizə aparan 30 komandadan 12-si dördüncü diviziona yüksəlib. Belə ki, “A” qrupunda Myanma (18 xal), Bruney Darüssalam (16 xal), Pakistan, Oman (hərəyə 13 xal), “B” qrupunda Livan (18 xal), Qətər (15 xal), Bəhreyn (14 xal), Liberiya (10 xal), “C” qrupunda Kipr (18 xal), Aruba (15 xal), Haiti (12 xal), Mavritaniya (10 xal) komandaları növbəti mərhələyə vəsiqə qazanıblar.
Dördüncü divizionun oyunları iyulun 31-dən avqustun 2-dək keçiriləcək.
Turnirə, ümumilikdə 163 komanda qatılıb. Azərbaycan şahmatçıları top divizionda mübarizə aparacaqlar. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Olimpiada avqustun 30-dək davam edəcək.
Oxşar xəbərlər
Şahmat Olimpiadasında top-divizionun oyunları keçiriləcək - 40 komanda mübarizə aparacaq
Rəqiblərimiz bilindi - “Top Divizion"
Şahmat Olimpiadası davam edir
Bu gün 4-cü divizionun oyunları start götürəcək
Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov olimpiadaya yollanacaq - Heyət açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO















Misli Premyer Liqası