Sürətli yeriş koronavirus riskini azaldır -Alimlər
Artıq çəki və yavaş yeriş sürəti insanda yeni növ koronavirus infeksiyasının ağır bir formasının inkişaf ehtimalını artıran amillərdir.
Sportfm.az xarici mediaya istinadən xəbər verir ki, bu, mövzu ilə bağlı araşdırma aparan Britaniya alimlərinin əldə etdiyi nəticədir.
Elmi tədqiqatın müəllifləri 400 mindən çox insanın tibbi informasiyalarını saxlayan Britaniya biobankının məlumatlarını araşdırıblar. Təhlillər göstərib ki, kilolu insanlarda koronavirusun ağır formalarının inkişaf etmə ehtimalı 49 faiz daha yüksəkdir. Ancaq ən çox təhlükə sürətlə gəzə bilməyən insanlar üçündür. Yavaş yeriyən adamlar bədən çəkilərindən asılı olmayaraq risk altındadırlar.
"4.8 km/saat sürətlə yürüyə bilən normal çəki və boy indeksinə malik olan insanlar, 6.4 km/saat sürətlə gedən insanlarla müqayisədə “COVID-19”-u iki dəfə ağır keçirə bilərlər"- deyə araşdırma müəllifləri bildirir.
Qeyd etmək lazımdır ki, gəzinti sürəti, bədənin ümumi sağlamlığının yaxşı bir göstəricisidir.
Oxşar xəbərlər
Gənc Futbolçuların məşq prosesində müxtəlif istiqamətli yüklərin nisbətinin optimallaşdırılması metodları
Qəribə idmanın sirri - Nəyə görə insanlar əlləri üstə gəzirlər?
"Neftçi"də fəaliyyətini dayandırdı - Koronavirusa görə
Dünya birinciliyi təxirə salındı - Koronavirusa görə
“Formula 1” üzrə Yaponiya Qran-prisi təxirə salındı - “Xaqibis”ə görə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası