reklam
“Formula 1” üzrə Yaponiya Qran-prisi təxirə salındı -
Sportfm.az xəbər saytı

“Formula 1” üzrə Yaponiya Qran-prisi təxirə salındı -“Xaqibis”ə görə


“Formula 1” üzrə Yaponiya Qran-prisinin sıralama turu “Xaqibis” tayfununa görə təxirə salınıb.

Sportfm.az xəbər verir ki, oktyabrın 12-ə nəzərdə tutulan təsnifat mərhələsi bir gün sonraya keçirilib. Hava şəraitindən asılı olaraq, yarışın proqramında əlavə dəyişikliklər də ediləcək.

Hazırda “Xaqibis” tayfunu 25 km/saat sürətlə Marian adalarından Yaponiyaya doğru irəliləyir. Qasırğanın mərkəzindəki küləyin sürəti 75 m/s çatır. Tayfun 12 və 13 oktyabrda Yaponiya ərazisindən keçəcək. Bu səbəbdən ölkə daxilində 800-ə yaxın aviareys və reqbi üzrə Dünya Kubokunun 2 oyunu təxirə salınıb.

Qeyd edək ki, sonucu dəfə 2014-cü ildə Yaponiyada tayfun “Formula 1” yarışına problem yaradıb. Həmin il oktyabrın 5-də keçirilmiş Qran-pridə “Marussia” komandasının pilotu Jül Byanki “Suzuka” trasında 126 km/saat sürətlə qəzaya uğrayıb və komaya düşüb. Fransalı sürücü 17 iyul 2015-ci ildə Nitsada vəfat edib.

Oxşar xəbərlər

Azərbaycan Qran-prisi başlayır - Formula 1
Qran-pri yarışları təxirə salındı - Formula 1
Fransa Qran-prisi təxirə salındı - RƏSMİ
“Mercedes”in pilotu Yaponiya Qran-Prisinin qalibi oldu
“Formula 1” üzrə Yaponiya Qran-prisi təxirə salınacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər