reklam
Soyuq havada meydana çıxanda ağlayan hücumçu -
Sportfm.az xəbər saytı

Soyuq havada meydana çıxanda ağlayan hücumçu -Etiraf


Rusiyanın ÇSKA futbol klubunun sabiq forvardı Əhməd Musa qərimə açıqlaması ilə gündəmi zəbt edib. 

Sportfm.az xəbər verir ki, karyerasına başlayanda qapıçı olan Musa 18 yaşı tamam olmadan Hollandiya "Venlo"su ilə müqavilə bağlasa da, vətənini tərk edə bilməyib. Bir müddət sonra legioner həyatı yaşamağa başlayan futbolçu soyuq havaya alışa bilmədiyini, hər dəfə qarlı-şaxtalı görüşlərdə iştirak edəndən sonra ağladığını bildirib. Nigeriyalı dəfələrlə ölkəsinə geri dönmək istədiyini, ancaq başladığı işi tamamlamaq üçün Avropada qalmağa üstünlük verdiyini söyləyib. 

Qeyd edək ki, Musa 2012-16-cı illərdə ÇSKA-nın şərəfini qoruyub. 

 

 

Oxşar xəbərlər

Musa Qurbanlı “Qarabağ”da - RƏSMİ
Musa Qurbanlı İsveç çempionatında debüt etdi
Rasizmlə üzləşən futbolçu meydanı tərk edəcək - Özü açıqladı
Musa Premyer Liqadan Super Liqaya keçir
Əhməd Moskva klubuna icarəyə verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər