reklam
Musa Qurbanlı “Qarabağ”da -
Sportfm.az xəbər saytı

Musa Qurbanlı “Qarabağ”da -RƏSMİ


“Qarabağ” yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.
Sportfm.az xəbər verir ki, Ağdam klubu hücumçu Musa Qurbanlını heyətinə cəlb edib.

Klubla 22 yaşlı forvard arasında üç illik müqavilə imzalanıb. İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər bu komandada çıxış edəcək.

Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-2020-ci illərdə bu komandanın formasını geyinib. Forvard 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan Ağdam klubunun uğurları üçün çalışan Musa 2023-cü ilin yayında “Qarabağ”dan İsveç klubuna transfer edilib.

Qeyd edək ki, Qurbanlı Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.

Oxşar xəbərlər

"Qarabağ" 97 nömrəli qapıçını aldı - TRANSFER
Musa Qurbanlı növbəti qolunu vurdu
Musa Qurbanlı burada qollar vurmağa hazırdır" - Maqnus Eriksson
Musa Qurbanlı üçün debüt şansı - İsveç çempionatı
Polşa klubu Musa Qurbanlını istəyir - Transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər