reklam
Azərbaycan idmançılarına pul veriləcək
Sportfm.az xəbər saytı

Azərbaycan idmançılarına pul veriləcək


Beynəlxalq Oxatma Federasiyası (World Archery) Beynəlxalq İdmanın İnkişafına Yardım Fondu ilə birlikdə koronavirus pandemiyası dövründə gəlirdən məhrum olan idmançılara maddi dəstək verəcək.

Sportfm.az xəbər verir ki, bunun üçün ümumilikdə 150 000 ABŞ dolları ayrılıb.

Hər idmançı 7 500 ABŞ dollarından çox olmayan qrant ala biləcək.

Bildirilib ki, maddi yardım üçün 2019-cu il dünya çempionatında və Dünya Kubokunun son mövsümündə iştirak etmiş 18 yaşdan yuxarı idmançılar və paralimpiyaçılar müraciət edə bilərlər.

Bunun üçün onlar qazanclarının 2020-ci ildə gözlənildiyindən az olduğunu sübut edən zəruri sənədləri, həmçinin əldə etdikləri gəlirləri hansı istiqamətdə xərcləyəcəkləri barədə bildiriş təqdim etməlidirlər.

Bu imkandan DÇ-2019 və Dünya Kubokunun iştirakçısı olan Azərbaycan millisinin oxatanları da faydalana biləcəklər.

 

Oxşar xəbərlər

Altay Əliyev orduya maddi yardım etdi - FOTO
Milli Olimpiya Komitəsinə yardım ayrılacaq
Azərbaycanlı idmançılara maliyyə yardımı ediləcək
Atletlər maliyyə yardımı alacaq
Səfirlik qış idman növlərinə dəstək verəcək - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər