Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan çempionunun oyunlarının vaxtı açıqlandı
Futzal üzrə UEFA kubokunda elit-raundun təqvimi bəlli olub. Sportfm.az xəbər verir ki, Azərbaycan çempionu "Araz”ın da oyunlarının vaxtı dəqiqləşib. Oyunları Xorvatiyada keçiriləcək "B" qrupunda çıxış edən Naxçıvan təmsilçisi ilk matçında meydan sahibləri ilə üz-üzə gələcək. "Nasional”la noyabrın 23-dəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Ertəsi gün komandamız təkcə qrupun deyil, turnirin əsas favoriti "Yuqra” ilə üz-üzə gələcək. Millimizin və "Neftçi”nin sabiq fuztalçısı Kakanın rəhbərlik etdiyi komanda UEFA kubokunun hazırki qalibidi. "Araz”ın ən asan rəqibi son turda olacaq. Təmsilçimiz Almaniya "Hamburq”unu sınağa çəkəcək.
Qeyd edək ki, qrupun bütün oyunları Zaqrebdəki İdman Evində keçiriləcək.
UEFA kuboku
Elit raund
B qrupu
I tur
23 noyabr
21:00. "Yuqra” (Rusiya) - "Hamburq” (Almaniya)
23:30. "Nasional” (Xorvatiya) - "Araz” (Azərbaycan)
II tur
24 noyabr
21:00. "Araz” (Azərbaycan) - "Yuqra” (Rusiya)
23:30. "Nasional” (Xorvatiya) - "Hamburq” (Almaniya)
III tur
26 noyabr
21:00. "Hamburq” (Almaniya) - "Araz” (Azərbaycan)
23:30. "Yuqra” (Rusiya) - "Nasional” (Xorvatiya)
Oxşar xəbərlər
"Araz"ın son sınağına çıxır
Futzalçılarımız mübarizəni erkən dayandırdı
“Araz” ilk oyunda uduzdu
Elit raundun püşkü atıldı
Azərbaycan çempionu bu şəhərlərdən birində oynayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası