reklam
Azad Rəhimov:
Sportfm.az xəbər saytı

Azad Rəhimov:"İdmançılarımıza koronavirusla əlaqədar heç bir məhdudiyyət..."


Nazir: "İdmançılarımıza koronavirusla əlaqədar heç bir məhdudiyyət qoymamışıq"
"Hazırda idmançılarımıza koronavirusla əlaqədar hər hansı yarışda iştirakla bağlı heç bir məhdudiyyət qoymamışıq".

Sportfm.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov deyib.

O, koronavirus təhlükəsi görülən ölkələrlə bağlı federasiyalarla birlikdə qərar qəbul etdiklərini bildirib: "Bu gün bəzi ölkələr bu cür məhdudiyyətlər qoyurlar. Buna misal olaraq, İtaliyanı göstərmək olar. Hazırda İtaliyada bütün yarışlar ləğv olunub".

Nazir bu gün mövcud olan vəziyyətlə tanış olmağa və idmançıları qorumağa çalışdıqlarını vurğulayıb: "Bildiyiniz kimi 5 aydan sonra Tokio-2020 Olimpiya Oyunları keçiriləcək. Əsas məqsədimiz idmançıları bu yarışlar üçün qorumaqdır". (APA

Oxşar xəbərlər

Azərbaycandakı yarışlara azarkeşlər buraxılmayacaq - Nazir açıqladı
"Azərbaycan Mxitaryanın qorxusunu aradan qaldırmaq üçün hər şey edib" - Nazir açıqladı
Azad Rəhimov "Formula 1" Azərbaycan Qran prisindən danışdı - Ləngimələr...
Azad Rəhimov Milli Gənclər Mərkəzində
Azad Rəhimov bir qrup mütəxəssisi təltif etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər