reklam
KATV1 Azərbaycan prezidentinin çağırışına səs verdi -
Sportfm.az xəbər saytı

KATV1 Azərbaycan prezidentinin çağırışına səs verdi -Şirkət koronovirusla mübarizəyə pul ayırdı


Ölkənin aparıcı kabel televiziya operatorlarında biri olan KATV1, indi bütün dünyada geniş yayılan “COVİD-19” pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən preventiv tədbirlərə qoşulub. Fəaliyyət göstərdiyi 15 il ərzində ölkəmiz, cəmiyyətimiz, vətəndaşlarımız qarşısında özünün korporativ sosial məsuliyyətini anlayaraq, daim müxtəlif sosial layihələrə dəstək olan KATV1 Azərbaycan prezidenti İlham Əliyevin koronavirusla mübarizə çağırışını dəstəkləyərək, 19 mart 2020-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 100 000 (yüz min) manat məbləğində vəsait ayrılmasına dair qərar verib.  
Sportfm.az xəbər verir ki, Operativ Qərargahın təlimatlarına uyğun olaraq KATV1  korporativ sosial məsuliyyət strategiyalarına əsasən koronavirusla mübarizəyə, o cümlədən pandemiyanın qarşısının alınması üçün fevral ayının sonlarından başlayaraq müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində şirkətin işçi heyətinin, müştərilərin və tərəfdaşların təhlükəsizliyinə daim yüksək önəm verən  KATV1 bütün zəruri  yerinə yetirir. O cümlədən:
- Ofislər və müştəri xidməti mərkəzləri mütəmadi dezinfeksiya edilir, dezinfeksiya vasitələri ilə təchiz edilir və işçilərə tibbi maskalar paylanılır;
- İş yerləri xüsusi təmassız termometrlərlə təchiz olunub və girişdə işçilərin temperaturunun ölçülməsi təmin edilib;
- İşçi heyətinin böyük hissəsi “evdən iş” rejiminə keçirilib, bunun üçün zəruri imkanlar və onlayn həllər təqdim edilib, tədbirlər və iclaslar onlayn rejimə keçirilir.
Bununla yanaşı, ölkədə tətbiq olunan qabaqlayıcı tədbirləri nəzərə olaraq, "KATV1"  öz abunəçilərinə ev şəraitindən ayrılmamaları və kütləvi insan axınının movcud olduğu yerlərə baş çəkməmələri üçün şirkətin alternativ xidmət kanallarından istifadə etməyi tövsiyə edir. Üstəlik, internet trafikinin artımını nəzərə alaraq, şirkət əlavə İnternet həcmi ayırıb.
İnternet xidmətlərinə olan böyük tələb də unudulmayıb. Bunun üçün yüksək keyfiyyətli sürətli şəbəkəyə çıxış üçün məlumat mərkəzinin imkanları genişləndirilib. KATV1  mövcud olduğu bütün şəhərlərdə şəbəkənin keyfiyyətini artırmaq üçün yeni layihələrin həyata keçirməyə də davam edir. Tətil dövründə və müəyyən sosial təcrid tədbirlərinin tətbiqi ilə, rəqəmsal abunəçilərinə əlavə telekanalların paketlərini pulsuz təqdim etməklə yanaşı, abunəçilərinə fasiləsiz texniki dəstək xidməti təqdim edilib. KATV1 Operativ Qərargahın təlimatlarına uyğun olaraq ölkədə koronavirusla mübarizəyə dəstək istiqamətində müxtəlif öhdəlikləri əməl edilməsində davam edəcəkdir. 

Oxşar xəbərlər

KATV1 15-illik ildönümü münasibətilə jurnalistlər arasında müsabiqə - Şərtlər
KATV 1-dən möhtəşəm kampaniya - Kanallara şifrəsiz baxmaq mümkün olacaq
Azərbaycan şirkəti koronavirusla mübarizəyə 2 milyon manat ayırdı
Alfa Liqaya yekun vuruldu, Rəcəb Fərəczadə məşqçi kimi ilk kubokunu qazandı
KATV1 Azərbaycan Kiber İdman Federasiyasının tərəfdaşı oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər