Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
KATV1 Azərbaycan Kiber İdman Federasiyasının tərəfdaşı oldu
2-4 sentyabr KATV1 şirkətinin tərəfdaşlığı ilə "Badamdar Hotel Baku” (keçmiş Kempinski) otelində kompüter oyunları üzrə 10-cu Milli Azərbaycan Çempionatı keçiriləcək.
Çempionat çərçivəsində "CS:GO”, "FIFA 16”, "HS” oyunları üzrə regional seçmə mərhələ, həmçinin "DOTA”, "LoL”, "PB” oyunları üzrə isə milli final mərhələsi keçiriləcək. Qeyd etmək lazımdır ki, turnirdə dörd komanda yarışı ("Counter Strike: Global Offensive”; "Dota 2”; "Point Blank”; "League of Legends”) və üç fərdi növ yarışı ("Hearth Stone”; "Super Streat Fighter V”; "FIFA 2016”) təşkil olunacaq.
Tədbirin təşkilatçıları: Kompüter Oyunları Milli Assosiasiyası, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kiber İdman Federasiyası ("International E-Sport Federation” federasiyasılə əməkdaşlıq çərçivəsində "CS:GO”; "LoL”; "HS” oyunları üzrə Dünya Çempionatında iştirak üzrə seçmə mərhələsi də keçirilir).
Finalçıların ümumi sayı – 258 olacaq (seçmə oyunlarını nəzərə almasaq). Bütün oyunlar üzrə mükafatçıların ümumi sayı isə 69 olacaq (birinci, ikinci və üçüncü yer üzrə müvafiq olaraq 23 komanda).
KATV1 istifadəçiləri 10-100 Mbit/san yüksək sürətli internetlə təmin edir, həmçinin müxtəlif internet-layihələrin işlənib hazırlanmasında yaxından iştirak edir.
Gənclərin müxtəlif şəbəkə kompüter oyunlarına böyük marağını nəzərə alan KATV1 şirkəti istifadəçiləri dəstəkləmək qərarına gəlməklə yanaşı bu istiqamətdə yeni-yeni xidmətləri inkişaf etdirməyi də planlaşdırır. Qeyd etmək lazımdır ki, hazırda seçmə oyunlarının onlayn (şəbəkə) formatda təşkili üzrə WarGaming şirkətilə danışıqlar aparılır. Final oyunların LAN üzərindən keçirilməsi planlaşdırılır.
Turnirin bütün finalçılarına KATV1-in genişzolaqlı internet xidmətlərindən istifadə etmək imkanı təqdim ediləcək.
KATV1 İT-sahəsi ilə maraqlanan gənclərə faydalı olmaq üçün istənilən əməkdaşlığa daim hazırdır.
Qeyd edək ki, oyunlar saat 9:00-da başlayır və giriş pulsuzdur.
Oxşar xəbərlər
KATV 1-dən möhtəşəm kampaniya - Kanallara şifrəsiz baxmaq mümkün olacaq
Bakıda kompüter oyunları üzrə seçmə mərhələ yarışı baş tutdu - FOTO
12-ci Azərbaycan Çempionatının finalı 28 mayda keçiriləcək
Azərbaycan təmsilçisi Dünya Çempionatında ikinci yeri tutub - FOTO
“Regionlara daha çox kvota ayırmağa çalışırıq”.... MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası