Azərbaycan şirkəti koronavirusla mübarizəyə 2 milyon manat ayırdı
Hazırda dünya dövlətləri koronavirusla mübarizə aparmaq üçün səylərini birləşdirir. Yer kürəsi üçün ümumi bəlaya çevrilən xəstəliklə mübarizə üçün ölkəmiz mühüm addımlar atır. Bir müddət öncə koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1 milyard manat ayrılıb. Ölkə prezidenti İlham Əliyev iri şirkətlərə çağırış edərək, yeni yaradılan Koronavirusla Mübarizə Fonduna yardım etməyə səsləyib. Prezident özü bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. Ölkə prezidentinin bu çağırışına qoşulan şirkətlərdən biri də Azərbaycanda tütün məmulatlarının aparıcı istehsalçısı olan "Tabaterra" Qapalı Səhmdar Cəmiyyətidir. Şirkət Koronavirusla Mübarizə Fonduna böyük həcmdə vəsait köçürüb.
Sportfm.az xəbər verir ki, bu barədə bir çox sosial və idman layihələrinə dəstək verən şirkətdən verilən məlumatda bildirilir: "Tabaterra" Qapalı Səhmdar Cəmiyyəti koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınması, ölkə iqtisadiyyatına, əhalinin sağlamlığı və rifahına dəstək olmaq məqsədi ilə ölkə başçısı cənab İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial məsuliyyət və sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrini rəhbər tutaraq Koronovirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait köçürüb.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin ofis, istehsal və anbar sahələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır və mühüm profilaktik tədbirlər həyata keçirilir».
Oxşar xəbərlər
Messi Argentinaya yardım etdi - FOTO
Bakı klubu koronavirusla mübarizəyə dəstək verdi
Milli komandamızın üzvləri Koronovirusla Mübarizə Fonduna vəsait ayırdı
"Qarabağ" klubu çağırışa qoşuldu
KATV1 Azərbaycan prezidentinin çağırışına səs verdi - Şirkət koronovirusla mübarizəyə pul ayırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası