reklam
Şahmat Olimpiadasında Azərbaycanı kimlər təmsil edəcək? -
Sportfm.az xəbər saytı

Şahmat Olimpiadasında Azərbaycanı kimlər təmsil edəcək? -SİYAHI


Sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan milli komandalarının heyəti müəyyənləşib.

Sportfm.az xəbər verir ki, kişi şahmatçılardan ibarət milli komandaya Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Rauf Məmmədov və Eltac Səfərli dəvət olunub. Kapitan kimi Teymur Rəcəbov seçilib.

Qadın şahmatçılardan ibarət milli komandada isə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Günay Məmmədzadə və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaq. Kapitan Nicat Abasov olacaq. Tanınmış şahmatçı Qədir Hüseynov isə məşqçi kimi komandaya kömək edəcək.

Hər iki komanda təlim-məşq toplanışına cəlb olunacaq. Şahmatçıların lövhələr üzrə mövqeyi yarış ərəfəsində açıqlanacaq.

Ümumdünya Şahmat Olimpiadası sentyabrın 15-dən 27-dək davam edəcək.

Oxşar xəbərlər

Azərbaycanın ümidi onlaradı
Şahmatçılarımız dünya çempionatına qatılacaq
Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti - SİYAHI
Teymur və Şəhriyar olimpiadada
Şahmatçılarımıza yeni geyimlər təqdim olundu - FOTOLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər