reklam
Yohan Manzambi Argentinaya qarşı oynamayacaq
Sportfm.az xəbər saytı

Yohan Manzambi Argentinaya qarşı oynamayacaq


İsveçrə milli komandasının yarımmüdafiəçisi Yohan Manzambi futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində Argentinaya qarşı keçiriləcək görüşü buraxacaq.

Sportfm.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Murat Yakin təsdiqləyib.
O bildirib ki, futbolçu diz nahiyəsindəki zədəsini tam bərpa etmədiyi üçün hazırkı dünya çempionlarına qarşı matçda meydana çıxa bilməyəcək.
Manzambi turnirin əvvəlində zədələnmiş və İsveçrənin 1/8 finalda Kolumbiyanı məğlub etdiyi qarşılaşmada da iştirak etməmişdi. 20 yaşlı futbolçu cari mundialda komandasının ən məhsuldar oyunçusudur. O, keçirdiyi dörd görüşdə üç qol vurub və iki məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Argentina – İsveçrə qarşılaşması Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.

Oxşar xəbərlər

İsveçrədə ciddi itki - Argentina ilə oyunda o olmayacaq
Leanardo Argentinaya kömək edə bilməyəcək - Zədə
İsveçrə millisinin heyəti açıqlandı - DÇ-2026
Dünya Çempionatının favoriti İspaniyadır - “Opta” superkompüteri
“Braqa”nın daha bir futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər