reklam
Güləşçimiz Avropa çempionatının finalında
Sportfm.az xəbər saytı

Güləşçimiz Avropa çempionatının finalında


Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər mübarizə aparıb.

Azərbaycan təmsilçilərinədn Muhəmməd İsmayılov (57 kq) britaniyalı Dariuş Jovkarla (10:0) moldovalı Georgi Qaydarjiyə (11:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında rusiyalı Maqomed Özdəmirova 2:4 hesabıyla məğlub olan Muhəmməd sabah bürünc medal uğrunda güləşəcək.

Bəşir Verdiyev (65 kq) yunanıstanlı Pavlos Ntiantiadisi tam üstünlüklə (10:0), rusiyalı Səid Gerqokovu isə sonuncu xal prinsipinə əsasən (2:2) yarışdan kənarlaşdırsa da, yarımfinalda ermənistanlı Aren Hayrapetyana minimal fərqlə (5:6) məğlub olub. Bəşir sabah üçüncü yer uğrunda qarşılaşmaya çıxacaq.

Hacı Kərimov (70 kq) bolqarıstanlı Vladislav Seyzovla slovakiyalı Dominik Zavaçkiyə eyni hesabla (10:0) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Həmyerlimiz final yolunda rusiyalı Ramazan Abdulkadırovdan güclü olub – 7:0. Hacı sabah həlledici görüşdə fransalı Bayssanqur Bitmurzayevlə güləşəcək.

Elcan İsmayılzadə (79 kq) təsnifat mərhələsində Maqomed Alibaxarçiyevə 0:4 hesabı ilə uduzub. Rəqib finala yüksəldiyi üçün Elcan təsəlliverici görüşdə ispaniyalı David Kodakovla üz-üzə gələcək.

Fərhad Süleymanlı (97 kq) rumıniyalı Balaş Lorinçə 12:5 hesabıyla, almaniyalı Tom Ulametsə isə tam üstünlüklə (11:0) qalib gələrək adını yarımfinala yazdırıb. Milli üzvü finalın bir addımlığında fransalı Asxab Dadayevə (2:4) məğlub olub və ümidini bürünc medala bağlayıb.

Oxşar xəbərlər

Üç bürünc medal şansı - Dünya çempionatı
Serbiyada 3 bürünc medala doğru
Daha iki güləşçimiz finalda - UĞUR
Güləşçilərimiz Avropa çempionatında finala yüksəldi
İki güləşçimiz finalda, ikisi bürünc qazandı - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər