reklam
Tokioda məşəlin alovlandırılacağı vaxt açıqlandı
Sportfm.az xəbər saytı

Tokioda məşəlin alovlandırılacağı vaxt açıqlandı


Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının məşəli 2020-ci il martın 11-də alovlandırılacaq.

Sportfm.az xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib.

Mərasim Yaponiyanın şimal-şərqində baş verən zəlzələ və sunaminin 9-cu ildönümünə həsr olunacaq. 2011-ci il martın 11-də baş verən təbii fəlakət nəticəsində 19 minə yaxın insan həyatını itirib.

Yunanıstanda alovlandırılacaq məşəl sonra Yaponiyaya aparılacaq və burada 2011-ci il faciəsindən ən çox zərər çəkən Fukuşima, İvate və Miyaqi prefekturalarında nümayiş olunacaq. Olimpiya məşəli estafetinin Yaponiyaya mərhələsi Fukuşimada başlayacaq və alov bütün ölkə üzrə 121 gün ərzində səyahət edəcək.

Oxşar xəbərlər

Olimpiya məşəli ictimaiyyətə təqdim olundu - Tokioda
Olimpiya alovunun açıq nümayişi dayandırılacaq - Koronavirusa görə
Olimpiya məşəli səssiz şəkildə Yaponiyaya gətirildi - FOTO
Olimpiadanın məşəli azarkeşsiz alovlandırılacaq
Olimpiya Oyunlarında məşəl estafetinin ilk iştirakçıları məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər