reklam
Olimpiya Oyunlarının məşəli təşkilatçılara təhvil verildi -
Sportfm.az xəbər saytı

Olimpiya Oyunlarının məşəli təşkilatçılara təhvil verildi -Pekin-2022


Bu gün qədim Olimpiya Oyunlarının vətəni Yunanıstanda Pekin Qış Olimpiadasının məşəli tarixi Panatinaikos stadionunda Çin nümayəndələrinə təhvil verilib.

Sportfm.az xəbər verir ki, Olimpiya məşəli Afina Beynəlxalq Hava Limanından Pekinə xüsusi çarter reysi ilə aparılıb.

Mərasim koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilib.

Tədbirdə Yunanıstanın prezidenti Katerina Sakellaropulu, Milli Olimpiya Komitəsinin rəhbəri Spiros Kapralos, Pekin-2022 Qış Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin sədr müavini, Çinin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Yay Tszaytsin və digər rəsmi şəxslər iştirak edib.

Qeyd edək ki, oktyabrın 18-də Yunanıstanda Pekin Qış Olimpiadasının məşəli alovlandırılıb.

Estafet Pekin Olimpiadasının açılış günü - fevralın 4-də başa çatacaq.

Xatırladaq ki, Pekin Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycanı Əli Əhmədov təmsil edəcək - Pekin-2022
Olimpiya Oyunlarının məşəli alovlandırıldı - Pekin-2022
Olimpiya Oyunlarının məşəli təqdim olundu - “Pekin-2022”
Olimpiya məşəli ictimaiyyətə təqdim olundu - Tokioda
Olimpiya məşəli azarkeşsiz alovlandırıldı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər