reklam
Futbolçulara qucaqlaşmaq qadağan olundu
Sportfm.az xəbər saytı

Futbolçulara qucaqlaşmaq qadağan olundu


Fransanın "Marsel" klubu koronavirusa görə futbolçulara bir sıra qadağalar qoyub.

Sportfm.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında komandanın hücumçusu Valer Jermen deyib.
Onun sözlərinə görə, futbolçuların bir-biri ilə əl sıxmasına və qucaqlaşmasına qadağa qoyulub: "Klubun həkimləri bizə əllə görüşməməyi, yaxından ünsiyyət qurmamağı və qol sevincindən sonra qucaqlaşmamağı tapşırıb. Bu gün "Amien"lə oyunda qol vursaq, uzaq məsafədən sevincimizi qeyd etməyin yolunu tapmalıyıq".
Qeyd edək ki, Ande Villaş Boaşın komandası hazırda çempionatda 55 xalla 2-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Azarkeşlər bazaya hücum etdi - FOTO
Fransa klubu satışa çıxarıldı - Liqa 1
Premyer Liqada futbolçulara qadağalar qoyulacaq
Futbolçulara əllə salamlaşmaq qadağan olundu
Çinli futbolçulara yeni qadağa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər