reklam
Çinli futbolçulara yeni qadağa
Sportfm.az xəbər saytı

Çinli futbolçulara yeni qadağa


Çinli futbolçular yaxın gələcəkdə yeni bir qadağa ilə üzləşə bilərlər.

Sportfm.az xəbər verir ki, çinli futbolçuların bədənlərinə şəkil döydürməsi qadağan ediləcək.

Çinin gənclərdən ibarət yığma komandasının oyunçuları Suriya komandası ilə matçda, milli komandanın futbolçuları isə Uels komandası ilə oyunda gənc televiziya tamaşaçılarına nümunə olmaması üçün öz bədənlərindəki döymə şəkillərin üstünə lent yapışdırıblar.

Çin Futbol Assosiasiyası həm milli liqada, həm də oyunçuların yaşlarından asılı olmayaraq bütün yığma komandalarda çinli oyunçuların öz bədənlərinə şəkil döydürməsinin qadağan olunması barədə qərar hazırlayır.

Çində televiziyada çıxış edən artistlərin də bədənlərinə şəkil döydürməsi qadağandır.

Oxşar xəbərlər

Futbolda başla oynamaq qadağan ediləcək - Tarixdə bir ilk
İranda əcnəbi futbolçularla bağlı qadağa - Başqa kluba keçə bilməzlər
Futbolçulara qucaqlaşmaq qadağan olundu
Yığmanın üzvlərinə qadağa qoyuldu - Çində
Premyer Liqa klubuna transfer qadağası qoyula bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər