Bakıda 9-cu “Baku Open” turnirinin açılış mərasimi oldu
Sentyabrın 29-da Bakı İdman Sarayında Azərbaycan Milli Karate Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 9-cu “Baku Open” beynəlxalq karate turnirinin açılış mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, mərasimdə Azərbaycanın idman elitasının nümayəndələri iştirak ediblər.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov çıxış edib.
Sonra federasiya tərəfindən turnirin fəxri qonaqlarına diplomlar təqdim edilib.
Açılış mərasimindən sonra yeniyetmə, gənc və veteranlar kata yarışlarında, həmçinin 14-15 yaşlı yeniyetmə oğlan və qızlar isə kumitedə qüvvələrini sınayıblar. Tatamiyə, həmçinin 16-17 yaşlı yeniyetmələr də çıxıblar.
Veteran kişilər və qadınlar arasında da (35-45 və 46-55 yaş qrupu) yarışlar keçiriləcək.
Turnirin sonuncu günündə isə böyüklər (kişilər 60, 67, 75, 84 və +84 kq, qadınlar 50, 55, 61, 68 və +68 kq çəkilər) mübarizəyə qoşulacaqlar. Fərdi kata çıxışlarından sonra fərdi kumite yarışları da olacaq.
Oxşar xəbərlər
Bakıda 1500-dən çox idmançı qüvvəsini sınayacaq - Beynəlxalq turnir
20 Yanvar şəhidlərinin xatirəsinə beynəlxalq karate turniri keçiriləcək
Bakıda beynəlxalq karate turniri keçiriləcək
Karate üzrə IX beynəlxalq “Baku Open” turniri başa çatdı
“Baku Open” beynəlxalq karate turnirinə start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası