reklam
Federasiya prezidenti həbs olundu -
Sportfm.az xəbər saytı

Federasiya prezidenti həbs olundu -Rüşvət vermək istəyərkən


Kosovo Futbol Federasiyasının (FFK) prezidenti Aqim Ademi həbs edilib.

Sportfm.az xəbər verir ki, Ademi rüşvət verməyə cəhd etdiyi üçün 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Kosovo Apellyasiya Məhkəməsinin çıxardığı hökm iyulda paytaxt Priştinanın məhkəməsinin qərarını qüvvədə saxlayıb. İstintaq versiyasına əsasən, 2012-ci ilin iyuluda Ademi və dostu çalışıblar ki, iş ortağını daşınmaz əmlakla bağlı saxta sənədlər müqabilində Priştinadakı bələdiyyə işçisini 30 min avro ödəməyə və ya maşın almağa məcbur etsinlər.

Aqim Ademi FFK-nın sabiq rəhbəri Fadil Vokrrinin qəfil vəfatından sonra - 2018-ci ildə qurumun prezidenti olub. O, əvvəllər federasiyanın vitse-prezidenti vəzifəsini icra edirdi.

Kosovo millisi 2018-ci ildə Millətlər Liqasında Azərbaycanla eyni qrupda mübarizə aparıb. Bakıda 0:0 hesablı heç-heçəyə, Priştinada isə 4:0 hesablı qələbəyə nail olan bu ölkəni yığması ümumilikdə 14 xalla qrup qalibi kimi "pley-off"a yüksəlib.

Oxşar xəbərlər

"Neftçi"nin sabiq prezidenti Bolqarıstan - Kosovo oyununda
Azərbaycanda bu federasiyanın vitse-prezidenti həbs edildi - FOTO
Millimiz darmadağın oldu
Futbol üzrə dünya çempionu həbs olundu
Kosovo Futbol Federasiyasının prezidenti Azərbaycan yığmasını təriflədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər