reklam
Kosovo Futbol Federasiyasının prezidenti Azərbaycan yığmasını təriflədi
Sportfm.az xəbər saytı

Kosovo Futbol Federasiyasının prezidenti Azərbaycan yığmasını təriflədi


UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Kosovo yığmasının baş məşqçisi yaxın bir ay ərzində müəyyənləşəcək.

Sportfm.az xəbər verir ki, bu barədə Kosovo Futbol Federasiyasının prezidenti Fadil Vokri bildirib. Onun sözlərinə görə, hazırda namizədləri gözdən keçirirlər:

"Əvvəlcə qrup barədə danışaq. Dəqiq olan bir şey yoxdur, yalnız mülahizələrdir. Baş məşqçi məsələsinə gəlincə, təyinat fevralda baş tutacaq. Namizədlər var. Bəzi detalları öyrənmək lazımdır".

F.Vokrinin fikrincə, D liqasında III qrupun ən yaxşısı Azərbaycan yığmasıdır. Buna rəğmən, maksimum nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini vurğulayan prezident deyib ki, Kosovo millisi Malta və Farer adalarından daha keyfiyyətli komandadır:

"Oyunlar asan keçməyəcək. Lakin komandaların keyfiyyətlərinə baxsaq, Azərbaycanla rəqabət aparmalı olacağımızı söyləməliyəm. Yaxşı hazırlaşmalıyıq və məqsəd yalnız qrup birinciliyi olmalıdır".

Qeyd edək ki, D Liqasında mübarizə aparacaq Azərbaycan millisi Malta, Kosovo və Farer adaları yığmaları ilə birgə III qrupda yer alıb. Kosovo kollektivinə müvəqqəti olaraq Muharrem Sahiti rəhbərlik edir. (report.az)

 

Oxşar xəbərlər

UEFA Kosovo - Azərbaycan oyunu ilə bağlı qərar verdi
Millimizin məşqçisi rəqiblərimizi izləməyə gedir
Millətlər Liqasının təqvimi açıqlandı - Millimiz nə vaxt meydana çıxacaq?
"Qrup birincisi ola bilərik" - Kosovo millisinin baş məşqçisi
Malta yığmasının baş məşqçisi: Udmağa çalışacağıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər