reklam
Güləşçilərimizdən rekord göstərici
Sportfm.az xəbər saytı

Güləşçilərimizdən rekord göstərici


İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yarış başa çatıb.

Sportfm.az xəbər verir ki, 3 gün davam edən mübarizədə yığmamız baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında tarixi uğura imza atıb. Milli tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb.  

Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. 

2 qızıl və 4 bürünc medal qazanan millimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. Türkiyə isə 90 xalla üçüncü pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Güləşimizdə yeni uğur - Avropa çempionatı
Azərbaycan güləşçilərindən rekord nəticə - Avropa çempionatı
Yığmamız Avropanın 3-cü güclü komandasıdı
Yığmamız dünya üçüncüsüdür - FOTO
9 il sonra gələn çempionluq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər