reklam
9 il sonra gələn çempionluq
Sportfm.az xəbər saytı

9 il sonra gələn çempionluq


İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) finalda bolqarıstanlı Daniel Tixomirov Aleksandrova 2:1 hesabı ilə qalib gəlib. 

Bununla da Hüseynov karyerasında 2-ci dəfə Avropa çempionu olub. O, daha əvvəl 2011-ci ildə 74 kq çəkidə qitə birincisi olub.

Bu gün yunan-Roma güləşçilərindən Ülvü Qənizadə (74 kq) və Murad Bazarov (60 kq) bürünc medala sahib olublar. 

Daha öncə Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanmışdılar.

Oxşar xəbərlər

Azərbaycanın daha bir güləşçisindən bürünc - Dünya çempionatı
Güləşçilərimizdən rekord göstərici
Qadın güləşçilərimiz Avropa çempionatında məğlub oldular
77 kq çəkinin ağası - FOTO
Güləşçimiz Avropa çempionatının finalında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər