reklam
Yığmamız Avropanın 3-cü güclü komandasıdı
Sportfm.az xəbər saytı

Yığmamız Avropanın 3-cü güclü komandasıdı


Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında uğurlu nəticəyə imza atıb.

Sportfm.az xəbər verir ki, qitə birinciliyinə böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında qatılan və 2 qızıl, 1 gümüş, 2 bürünc medal qazanan yığma 102 xalla komanda hesabında qitə üçüncüsü olub.

Gürcüstan (138) birinci, Türkiyə (133) isə ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın 6 yunan-Roma güləşçisindən beşi fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) qitə çempionu olub. Ziya Babaşov (63 kq) ikinci, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq) isə üçüncü yeri tutub.

 

Oxşar xəbərlər

Güləşimizdə yeni uğur - Avropa çempionatı
Azərbaycan güləşçilərindən rekord nəticə - Avropa çempionatı
Güləşçilərimizdən tarixi nəticə - Avropa çempionatı
Avropa çempionatında uğurlu çıxış edən millimiz Vətənə qayıtdı - FOTO
Daha bir güləşçimiz Avropa çempionu oldu - UĞUR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər