reklam
Yığmamız dünya üçüncüsüdür -
Sportfm.az xəbər saytı

Yığmamız dünya üçüncüsüdür -FOTO


Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası Norveçin paytaxtı Oslodakı dünya çempionatını 3-cü pillədə başa vurub. 

Sportfm.az xəbər verir ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında yığma 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb. Rusiya 152 xalla birinci, İran 146 xalla ikinci pillədə qərarlaşıb.

Beləliklə, Azərbaycan komandası 6 illik fasilədən sonra Dünya çempionatında ilk "3-lük"də qərarlaşıb. Bundan başqa, Azərbaycan yunan-Roma güləşi tarixində ilk dəfə mundialda 4 medal qazanıb ki, bu da rekord nəticədir.

Qeyd edək ki, Osloda Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıb.

Millimiz dünya üçüncüsü oldu - FOTOLAR

Oxşar xəbərlər

Yığmamız Avropanın 3-cü güclü komandasıdı
143 medal qazanılıb - Rəqəmlər
Yığmamızın heyəti bilindi - Dünya çempionatı
Yığmamızın lisenziya yarışı üçün heyəti açıqlandı - SİYAHI
Güləşçilərimizdən rekord göstərici

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər