reklam
Güləşimizdə yeni uğur -
Sportfm.az xəbər saytı

Güləşimizdə yeni uğur -Avropa çempionatı


Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa çempionatında 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatları tarixində medalların əyarına görə, özünün ən yaxşı nəticəsinə imza atıb.

Sportfm.az xəbər verir ki, qitə birinciliyində 145 xal toplayan yığmamız komanda hesabında 2-ci yeri tutub. Türkiyə 155 xalla çempion olub. Gürcüstan isə 124 xalla 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, komandamızın heyətində Həsrət Cəfərovla (67 kq) Ülvü Qənizadə (72 kq) Avropa çempionu oldu. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb.

Oxşar xəbərlər

Millimizdən tarixi uğur - Dünya 2-cisi oldular
Azərbaycan yığması Avropa çempionu oldu!
Yığmamız Avropanın 3-cü güclü komandasıdı
Güləşçilərimizdən rekord göstərici
Yığmamız Avropa üçüncüsü oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər