reklam
Sportfm.az xəbər saytı

"Keşlə" ilə oyuna itkilərlə çıxacaqlar


Sabah I Divizionda XV turun oyunlarına start veriləcək. Tur çərçivəsində “Kəpəz” Gəncə şəhər stadionunda “Keşlə-2” komandasını qəbul edəcək.

Sportfm.az xəbər verir ki, “sarı-göylər” görüş öncəsi son məşqə matçın keçiriləcəyi arenada çıxıblar. Hazırlıq prosesi təxminən 45 dəqiqə sürüb və yüngül xarakter daşıyıb. Çalışmalarda toplu hərəkətlərə üstünlük verilib. 

Bakı kollektivi ilə oyuna “Kəpəz” itkilərlə çıxacaq. Komandanın iki futbolçusu cəzalıdır. Novruz Məmmədov sarı vərəqə limitinə görə kənarda qalacaqsa, Orxan Abdullayev ötən tur qırmızı vərəqə aldığı üçün qarşılaşmanı tribunadan izləyəcək. 

“Kəpəz” – “Keşlə-2” matçı fevralın 13-ü saat 14:00-da başlayacaq.

 

Oxşar xəbərlər

25 turun ən intizamsız komandaları - Misli Premyer Liqası
Hakimi təhqir edən futbolçuya ağır cəza - AFFA
AFFA klubları cərimələdi - 80 manat
"Kəpəz" "Keşlə"ni məğlub etdi
Dedimar Ferreyra niyə Bakıda qaldı?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər