Dedimar Ferreyra niyə Bakıda qaldı?
Topaz Premyer Liqasının 23-cü turunda “Qarabağ”ı qəbul edəcək “Kəpəz” qarşıdakı oyunla bağlı məşqlərini davam etdirir.
Sportfm.az xəbər verir ki, “sarı-göylər” görüşə itkilərlə hazırlaşır. Zədədən sonra müalicəsini davam etdirən Dedimar Ferreyra Ağdam klubu ilə görüşdə komandaya kömək edə bilməyəcək. Futbolçu bu gün "İnter Arena"da ölkə kuboku çərçivəsində keçirilən "Keşlə" - "Sumqayıt" matçını izləyib. Gəncəlilərin digər zədəli futbolçusu Dieqo Souzanın vəziyyəti isə yaxşıdır. Yarımmüdafiəçi kollektiv məşqlərdə iştirak edir.
“Kəpəz”in “Qarabağ”la oyun öncəsi son məşqi sabah saat 11:00-a təyin olunub. Gəncə şəhər stadionunda keçiriləcək hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olacaq.
Qeyd edək ki, sarı vərəqə limitini dolduran Samir Zərgərov də "Qarabağ"la görüşü buraxacaq.
Oxşar xəbərlər
"Keşlə" ilə oyuna itkilərlə çıxacaqlar
"Kəpəz"in legionerləri "Neftçi"yə qarşı niyə oynamayacaq?
Almeydasız daha bir oyun
"Kəpəz"in futbolçusunda irəliləyişlər var
Topaz Premyer Liqasının V turu rəqəmlərin gözü ilə - STATİSTİKA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası