25 turun ən intizamsız komandaları - Misli Premyer Liqası
Misli Premyer Liqasında 2022/2023 mövsümünün geridə qalan 25 turunun ən intizamsız komandaları müəyyənləşib.
Sportfm.az xəbər verir ki, XXV turda mövsüm ərzində göstərilən ümumi sarı vərəqə sayı 500-ü keçib.
Geridə qalan turda hakimlər 23 dəfə sarı vərəqədən istifadə ediblər ki, bununla cari mövsümdə sarıların sayı 517-yə çatıb.
Ən çox rəsmi xəbərdarlıq “Qəbələ”nin futbolçularına edilib. “Qırmızı-qaralar” 65 dəfə hakimləri sarı vərəqəyə əl atmağa vadar ediblər. İkinci pillədəki “Sabah” “Qəbələ”dən cəmi 1 sarı az alıb. “Kəpəz”də isə bu say 62-dir.
XXV tur qırmızı vərəqə baxımından daha məhsuldar alınıb. Baş tutan 5 qarşılaşmada 3 futbolçu meydandan qovulub. “Sabah” – “Kəpəz” görüşündə hər komandanın bir üzvü – müvafiq olaraq Anatoli Nuriyev və Abdullahi Şuaybu qırmızı vərəqə alıb. Turun digər intizamsızı isə “Səbail”in oyunçusu Qustavo De Fransa olub.
Bu mövsüm ümumilikdə 39 qırmızı vərəqə olub ki, bunun təxminən yarısı - 17-si iki komandanın payına düşür. “Kəpəz” və “Sabah” burada da öncüllərdəndirlər. Gəncəlilər 9, bakılılar isə 8 dəfə meydandan (və ya texniki zonadan) qovulublar. Onları təqib edən “Səbail” və “Zirə” ən kobud komandaların sıralamasında “üçlüy”ü bölüşürlər. Zirəlilər sarı vərəqənin azlığına görə öyünə bilərlər. Rəşad Sadıqovun komandası 47, Şahin Diniyevin kollektivi isə 53 dəfə sarı vərəqə ilə cəzalandırılıb.
Hələlik qırmızı vərəqə almayan yeganə komanda “Qarabağ”dır.
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 32 | 23 | 4 | 5 | 85-32 | 73 |
2 | Sumqayıt | 32 | 13 | 11 | 8 | 33-34 | 50 |
3 | Neftçi | 32 | 14 | 8 | 10 | 43-33 | 50 |
4 | Zirə | 32 | 13 | 10 | 9 | 29-20 | 49 |
5 | Sabah | 32 | 14 | 7 | 11 | 46-38 | 49 |
6 | Səbail | 32 | 11 | 9 | 12 | 47-51 | 42 |
7 | Turan Tovuz | 32 | 11 | 9 | 12 | 47-47 | 42 |
8 | Araz-Naxçıvan | 32 | 9 | 8 | 15 | 29-44 | 35 |
9 | Kəpəz | 32 | 9 | 7 | 16 | 37-59 | 34 |
10 | Qəbələ | 32 | 4 | 5 | 23 | 23-61 | 17 |
N | Klublar | O | Q | D | M | VQ | BQ | X |
1 |
Araz - Naxçıvan |
20 |
17 |
2 |
1 |
154 |
27 |
53 |
2 |
Baku Fire |
20 |
13 |
5 |
2 |
149 |
48 |
44 |
3 |
Neftçi İK |
20 |
13 |
3 |
4 |
184 |
66 |
42 |
4 |
Yasamal Bakı |
20 |
6 |
2 |
12 |
87 |
176 |
20 |
5 |
U-19 |
20 |
2 |
3 |
15 |
65 |
156 |
9 |
6 |
Record club |
20 |
1 |
1 |
18 |
32 |
198 |
4 |
Bombardirlər: Reza Abgoun (Neftçi İK) - 57, Kənan Manafov (Baku Fire) - 52, Rüstəm Bağırov (Yasamal Bakı) - 42 qol
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qaradağ Lökbatan | 24 | 15 | 7 | 2 | 42-16 | 52 |
2 | Şamaxı | 24 | 13 | 9 | 2 | 51-19 | 48 |
3 | İmişli | 24 | 13 | 7 | 4 | 36-17 | 46 |
4 | MOİK | 24 | 12 | 6 | 6 | 45-26 | 42 |
5 | Karvan | 24 | 11 | 5 | 8 | 31-28 | 38 |
6 | Zaqatala | 24 | 6 | 8 | 10 | 28-32 | 26 |
7 | İrəvan | 24 | 8 | 2 | 14 | 28-49 | 26 |
8 | Mingəçevir | 24 | 7 | 4 | 13 | 18-36 | 25 |
9 | Difai Ağsu | 24 | 5 | 5 | 14 | 31-41 | 20 |
10 | Araz Saatlı | 24 | 3 | 1 | 20 | 25-71 | 10 |