reklam
Prezidenti məhkum olan
Sportfm.az xəbər saytı

Prezidenti məhkum olan "Yigidolar"ın uğuru -Anadolunun səsi


Hazırda futbol üzrə Türkiyə Super Liqasında 18-ci tur arxada qalıb. 18 turdan sonra ənəvi olaraq, Türkiyədə daim liderlik kürsüsündə görməyə alışdığımız komandalardan heç biri turnir cədvəlində digərlərinə yuxarıdan aşağı baxmır. Əvəzində soyuq iqlimi ilə ad çıxaran Sivas şəhərinin komandası Super Liqanın liderlik kürsüsündə əyləşərək, turnir cədvəlini qızdırır. Bəs, Türkiyəni şoka salan bu sensasiya nə ilə bağlıdır? Necə oldu ki, "Sivasspor" 4 böyüklərin olduğu Türkiyə çempionatında belə uğurla çıxış edir? 

Əvvəlcə ondan başlayaq ki, Anadolu klubunun bütün uğurlarının təməli 2004-2005-ci il mövsümündə qoyulub. Həmin il komandaya prezident seçilən Mecnun Otyakmaz komandanı Super Liqaya çıxaran ilk şəxs kimi ad çıxarıb. Məhz onun sayəsində uzun illər Türkiyənin aşağı divizionlarında var-gəl edən "Sivasspor" türk futbolunun elitasına yüksəlib. Bununla yanaşı, komanda 2008-2009-cu il mövsümündə ikinci yeri tutaraq, tarixində daha bir ilkə imza ataraq Çempionlar Liqasına vəsiqə qazanıb. Düzdür ilk dəfə belə mötəbər turnirdə çıxış edən Sivas klubu yaddaqalan nəticəyə imza atmayıb, ancaq bu sonrakı illərdə gələcək uğurun özülü olub. 

2011-ci ildə klubun prezidenti Otyakmaz oyun alqı-satqısı ilə bağlı polis tərəfindən saxlanılıb. Türkiyədə böyük səs-küyə səbəb olan bu hadisə sonrası Mecnun Otyakmaz 1 il 7 aylıq həbs cəzasına məhkum edilib. Həbsxanadan çıxdıqdan sonra görəvinə davam edən "başkan" daha güclü bir "Sivaspor" qurmaq üçün qollarını çırmalayıb. Əslən sivaslı olan Mecnun bəy bu bölgədən olan zəngin iş adamları ilə görüşərək onalrı kluba sərmaya tarımağa inandıra bilib. Bunun sayəsində dünyaca məşhur futbolçular Roberto Karlos(baş məşqçi kmi), Sisinyo, Robinyo "qırmızı-ağ" formanı tərlədib. Vaxtilə həmyerlimiz İlqar Qurbanovun da şərəfini qoruduğu "Yigidolar" son illər Anadolu komandalarının heyətində "gözə batan" oyunçuların seleksiyasına xüsusi diqqət ayırmaqla yanaşı, ölkə xaricindən "kalitəli" legioner transferləri ilə də heyətlərini gücləndirərək ildən-ilə adından söz etdirməyi bacarıb. 

Bu mövsüm bir çox iş adamlarının ciddi maliyyə vəsaiti ayırdığı komanda təcrübəli Rza Çalımbaya həvalə edilərək qızıl medalları qazanmağı hədəfləyir. Hələ ki, sivaslılar düzgün yoldadır. Komanda "4 Eylül" stadionunda uzun illərdir uğurla çıxış etsə də, səfər matçlarında daim büdrəyirdi. Bu mövsüm isə tamamilə əks ssenari yaşanır. Artıq "Sivasspor" səfər oyunlarındada xal və xallar qazanmağa başlayıb. Elə son turda İstanbulda "Beşiktaş"ın devrilməsi nəyə desən dəyər. 

Belə görünür ki, "Sivaspor" nağılı mövsümün sonunda gözəl sonluqla başa çata bilər. Təbii ki, bunun üçün klub rəhbərli və məşqçilər heyəti yetərincə ciddi çalışmalıdır. Azarkeşlər isə daim komandanın yanındadırlar. 

Oxşar xəbərlər

Superliqa klubu Namik Ələskərovu istəyir
“Bizim üçün çox stressli oyun oldu” - Mecnun Otyakmaz
"Qardaş ölkənin komandası ilə oynayacağıq" - "Sivasspor"un prezidenti
"Tuluza"nın futbolçusu "Sivasspor"da - Transfer
MOİK-in kapitanı:"Tovuza, Gəncəyə, Zaqatalaya səfər heç zaman asan ola bilməz" - Müsahibə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər