Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Superliqa klubu Namik Ələskərovu istəyir
Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyədə komandasını dəyişə bilər.
Sportfm.az xəbər verir ki, hazırda "Bursaspor"da çıxış edən 27 yaşlı yarımmüdafiəçi "Sivasspor"un maraq dairəsinə düşüb.
İddiaya görə, Sivas klubu ilə yanaşı, Superliqanın daha bir neçə təmsilçisi təcrübəli oyunçunu heyətində görmək istəyir.
"Bursaspor" aşağı liqaya düşəcəyi təqdirdə, Ələskərun müqaviləsi avtomatik olaraq pozulacaq. Belədə yarımmüdafiəçi "Sivasspor"a azad agent kimi keçə bilər.
Qeyd edək ki, Namik Ələskərov hazırda 6 qolla "Bursaspor"un ən sərrast futbolçusudur. Onun komandası 35 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Ələskərov "Bursaspor"a pul qazandırmaq istəyir
Namik Ələskərov daha bir klubun maraq dairəsində
Namik Ələskərov "Bursaspor"a qələbə qazandırdı
Namik Ələskərovdan "Bursaspor"da üçüncü qol - Türkiyə I Liqa
Namik Ələskərov ən bahalı "20-lik"də - 750 000 avro
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası