MOİK-in kapitanı:"Tovuza, Gəncəyə, Zaqatalaya səfər heç zaman asan ola bilməz" -Müsahibə
Futbol üzrə Rusiya Premyer Liqasının 11-ci turunda səfərdə "Anji"ni 2-0 hesabı ilə məğlub edən Moskva ÇSKA-sı bu mövsümdə qızıl medallara ən real namizədlərdən biri hesab edilir. Ümumiyyətlə 13 dəfə çempion olan "hərbçilər" 2005-ci ildə UEFA Kubokunu qazanmaqla Avropadada adından söz etdirə bilib. Rusiyanın ən stabil klublarından biri olan ÇSKA son illər səs-küylü transferlərlə daim mətbuatın gündəmində olur. 1955-ci ildə Azərbaycan KP-nin qərarı ilə 107 yaşı olan Rusiya komandasının analoqu Bakıdada yaradıldı. Paytaxtımızda Ordu İdman Klubu adı altında təsis edilən komanda 4 dəfə Azərbaycan SSR-in çempionu olmaqla yanaşı, 8 dəfə də kuboku öz muzeyinə aparmağı bacardı. 1995-ci ildə futbol elitasına vəsiqə qazanan əsgər futbolçuların çıxış etdiyi klub 2003-04-cü ildən mövsümündən MOİK adı altında çıxış etməyə başladı. Uzun illərdir ölkə futbolunda özünəməxsus yeri olan MOİK bu mövsümə uğurla start verib. Gənc mütəxəssis Azər Bağırovun çalışdırdığı MOİK 7 oyuna 7 qələbə qazanmaqla fantastik nəticəyə imza atıb. Arxada qalan turlarda rəqib qapılarından 13 top keçirən "hərbçilər" öz qapısında cəmi 3 top görüb. Komandanın kapitanı Orxan Həsənov uğurun sirrini Sportfm.az saytına açıqladı.
- Deyəsən heç belə olmamışdı. 7 görüşdə meydanı qalib tərk etmək necə hissdir?
- Baş məşqçimiz bizi hər oyuna xüsusi olaraq kökləyir. Hər matça xüsusi motivasiya ilə çıxırıq. Bu uğurlu seriyanı davam etdirmək istəirik. Qalib gəlmək hər zaman gözəldi.
- Uğurun sirri nədədir?
- Başda Rəşad Quliyev olmaqla, klub rəhbərliyinin komandaya göstərdiyi diqqət və qayğı. Yaxşı kollektivin formalaşması və baş məşqçimizin gördüyü iş də uğurun əsas tərkib hissələrindən biridir.

- MOİK uzun müddətdir Premyer Liqa üzünə həsrətdi. Bu mövsüm tilsimi qırmaq mümkün olacaqmı?
- Bunun üçün əlimizdən gələni edəcəyik. Biz komandamızı futbol elitamızda görmək istəyirik, rəhbərlik də bunun üçün əməli işlər görür. Düşünürəm ki, çətin də olsa, bu mövsümün sonunda bu arzunu reallaşdıracağıq.
- Orxan, Birinci Divizionun səviyyəsi haqqında nə deyə bilərsən?
- İndi daha gənc və mobil komandalara qarşı mübarizə aparmalı oluruq, bu dəqiqdi. Özünü sübut etmək istəyən gənclərlə matçlarda daha çox qaçmalı və güc sərf etməlisən. Üstəgəl, burda bölgə komandaları da var. Tovuza, Gəncəyə, Zaqatalaya səfər heç zaman asan ola bilməz.
- Limit tətbiq edildikdən sonra divizionun səviyyəsinin aşağı düşdüyünü deyənlər var.
- Limit tətbiq edildikdən sonra bir çox təcrübəli futbolçu diviziondan getdi. Təbii ki, onlar hələ uzun illər yüksək səviyyədə futbol oynaya bilərdilər. Ancaq neynəmək olar, qərar artıq verilib. Bizim də heyətimizdə İlqar Ələkbərov, Elmir Məmmədov, Yamin Ağakərimzadə və s. təcrübəli isimlər yer alır.
Qeyd edək ki, Orxan Həsənov vaxtilə "Neftçi"nin şərəfini qoruyub.
Oxşar xəbərlər
""Sabahdan qorxmuruq" - Mirabdulla Abbasov
Prezidenti məhkum olan "Yigidolar"ın uğuru - Anadolunun səsi
MOİK elitaya yüksələcəkmi?
Bəxtiyar Soltanov:"Mənim üçün ən doğma klub..." - ÖZƏL
Güləşçilərimiz 32-ci dünya çempionatında iştirak üçün Litvaya yola düşüblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası