reklam
Oyun alqı-satqısının alovu vüsətlənir -
Sportfm.az xəbər saytı

Oyun alqı-satqısının alovu vüsətlənir - "Qarabağ"ın sabiq futbolçusu Azərbaycandan qaçdı -ÖZƏL


Son günlər Azərbaycanda danışılmış oyunlarla bağlı verilən qərarlar gündəmi zəbt edib. Artıq AFFA 50-yə yaxın futbolçunu, bu sahədə çalışan insanları qanunsuz əməllərinə görə futboldan uzaqlaşdırıb. Proses hələ də davam edir. Uzaqlaşdırılanlar sırasında hətta milli komandamızın sabiq üzvü Cəmşid Məhərrəmov da var. Danışılmış oyunlarla bağlı verilən qərarlara əsasən, Birinci Divizionun çirkaba bulaşdığı aşkar sezilir. Lakin bu dalğanın tezliklə Azərbaycan Premyer Liqasını vuracağı gün kimi aydındı. Sportfm.az saytının məlumatına görə, bir çox danışılmış oyunlarda adı hallanan bəzi şəxslər artıq ölkəni belə tərk edirlər. Bu istiqamətdə hüquq-mühafizə orqanlarının geniş araşdırmasından qorxaraq, cinayət məsuliyyətindən yayınmaq üçün Azərbaycandan qaçanlar sırasında "Qarabağ"ın sabiq futbolçusu Namiq Yusifovun da adı hallanır. Bəli, bu həmin Namiq Yusifovdur ki, karyerasını bitirdikdən sonra "Qarabağ"ın məşqçilər korpusunda yer alsa da, bir müddət sonra ordan uzaqlaşdırılmışdı. Həmin dönəm bunun Namiqin böyük qardaşı, adı qeyri-leqal bukmeker kontorları ilə işbirliyində çəkilən Anar Yusifovla bağlı olduğu deyilirdi. Hətta AFFA-nın həmin mövsümün gedişində “Rəvan”ı Birinci Diviziondan kənarlaşdırması sırf onunla bağlı idi. Belə ki, o, komandanın məşqçisi və bir neçə futbolçusu ilə əlbir olaraq, bir çox oyunların nəticəsinin öncədən razılaşdırılmasında iştirak etmişdi. Yusifov “Rəvan”ı qeyri-rəsmi himayəsinə götürərək, onları forma və inventarla təmin etmiş, həmçinin maaşları ödəməyi üzərinə götürmüşdü. 

Belə görünür ki, AFFA-nın araşdırmasının bir ucu gedib Yusifova söykənir. Bundan qorxuya düşən və adı bəzi oyunların alqı-satqısında hallanan sabiq futbolçu Bakını tərk etdiyi ehtimal edilir. Onun hansı ölkəyə getdiyi məlum deyil. 

Qeyd edək ki, Namiq Yusifov "Qarabağ"dan qovulduqdan sonra menecerliklə məşğul olacağını bildirmişdi. 

Oxşar xəbərlər

“Karvan”a danışılmış oyunlarla bağlı seminar keçirildi
AFFA-dan növbəti uzaqlaşdırma qərarı
AFFA-nın cəzasından apellyasiya şikayəti verildi
AFFA-da danışılmış oyunlar barədə görüş keçirildi
AFFA 2 klubu çempionatdan kənarlaşdırdı, hakimə ömürlük cəza verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər