reklam
AFFA 2 klubu çempionatdan kənarlaşdırdı, hakimə ömürlük cəza verdi
Sportfm.az xəbər saytı

AFFA 2 klubu çempionatdan kənarlaşdırdı, hakimə ömürlük cəza verdi


AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, yığıncağın əsas mövzusu UEFA-dan daxil olmuş "danışılmış oyunlarla” bağlı hesabatlar olub.

İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanan komitə "danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı qərarlar qəbul edib.

9 futbolçunun "danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilib:


"Şahdağ” (Qusar)


İqrar Səmədov


Uce Cukenyere


"Rəvan” (Bakı)


Elvin Əliyev


Cəmşid Məhərrəmov


"Göyəzən” (Qazax)


Arzuman Vəliyev


Tunar Şahtaxtinski


"Energetik” (Mingəçevir)


Elvin Əlizadə


Kamran Lalayev


Ruslan Həmidov


Adları "danışılmış oyunlarda” ən çox hallanan "Rəvan” və "Şərurspor” I diviziondan kənarlaşdırılıb. Hər iki klub I divizionda oyunların 50 %-dən çoxunda iştirak etdiklərinə görə növbəti oyunlarında 0:3 hesablı texniki məğlubiyyət veriləcək. I Diviziondan kənarlaşdırılmış "Rəvan”la "Şərurspor”un oyunçularına "azad agent” statusu verilməsi qərara alınıb.


Adları "danışılmış oyunlarda” hallanan "Şahdağ”, "Energetik”, "Bakılı” və "Göyəzən”ə xəbərdarlıq edilib. Bu klubların "danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, onlar da I diviziondan kənarlaşdırılacaq.


Hakim - Anar Niyazova ömürlük futbola aid hər bir məşğuliyyət qadağan edilib.


"Şahdağ”ın inzibatçısı Rafael Kübərov isə 2 il müddətinə futbola aid hər bir məşğuliyyətinə qadağa qoyulub.

Oxşar xəbərlər

İntizam Komitəsinin qərarı - Abbasov ömürlük futboldan uzaqlaşdırıldı
Niyazovun apellyasiya şikayətinə baxıldı - Qərar qüvvədə saxlanıldı
UEFA onları 10 il avrokuboklardan qovdu
AFFA-dan danışılmış oyunlarla bağlı adları açıqlananlardan bəziləri bağışlandı - SİYAHI
AFFA danışılmış oyunlarla əlaqəsi olan şəxslərin adlarını açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər