reklam
18 yaşlı azərbaycanlı oyunçu
Sportfm.az xəbər saytı

18 yaşlı azərbaycanlı oyunçu "Trabzonspor"un hədəfində


“Sumqayıt” klubunun və Azərbaycanın gənclərdən ibarət milli komadasının üzvü Səbuhi Abdullazadə karyerasını Türkiyədə davam etdirə bilər.

Sportfm.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti yazıb. Bildirilib ki, “Trabzonspor” klubu bir müddətdir oyununu izlədiyi 18 yaşlı yarımmüdafiəçini transfer etmək qərarı verib. Səbuhinin Qara dəniz təmsilçisinin aşağı yaş qrupu üzrə komandası üçün düşünüldüyü bildirilib.

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Qol.az saytına açıqlamasında bildirib ki, S.Abdullazadə bir müddətdir yaşı 18-dək olan futbolçuların oyunlarını izləyən xarici menecerlərin maraq dairəsindədir. Onlar hətta futbolçunun Azərbaycan Premyer Liqasında üç oyununa canlı baxıblar:
“Həmin matçlar sırasında “Qarabağ”la son oyunumuz da vardı. Səbuhi Xorvatiyanın “Osiek” klubunun akademiyasında da təcrübədə olub. O, bu mövsüm "Sumqayıt"da 12 oyun keçiririb. Ola bilər, həmin menecerlər futbolçumuzu hansısa xarici kluba təklif ediblər. Amma bu haqda bizim məlumatımız yoxdur və kluba rəsmi təklif daxil olmayıb. Belə bir şey olsa, biz gənc futbolçumuzun ölkə xaricinə çıxmasına kömək edərik”.

Oxşar xəbərlər

Premyer Liqamızda oynamış ən gənc futbolçu oldu
Mahir Emreli Çexiya klubunun hədəfində - “Legiya”nı tərk edəcək
Azərbaycan Premyer Liqası - 25 yaş 233 gün
“Sumqayıt”da yeni rekordçu - Azərbaycan Premyer Liqası
"Sumqayıt" iki futbolçu ilə müqavilə imzaladı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər