Azərbaycan Premyer Liqası -25 yaş 233 gün
Azərbaycan Premyer Liqasında ilkin sifariş vərəqinə daxil edilən futbolçuların orta yaşı bəlli olub.
Sportfm.az xəbər verir ki, bu rəqəm 25 yaş 233 günə bərabərdir.
Çempionatın ən gənc komandası “Qəbələ”dir. Ən yaşlı isə “Keşlə”dir.
“Qəbələ” - 23 yaş 275 gün
“Sumqayıt” - 24 yaş 56 gün
“Sabah” - 25 yaş 23 gün
“Zirə” - 25 yaş 44 gün
“Neftçi” - 25 yaş 174 gün
“Qarabağ” - 26 yaş 318 gün
“Səbail” - 26 yaş 295 gün
“Keşlə” - 28 yaş 3 gün
Sifariş vərəqindəki ən yaşlı futbolçu Saşa Stamenkoviçdir. “Sabah”ın qapıçısı bu ilin yanvarında 36 yaşını qeyd edib. Anar Nəzirov (“Zirə”), Ruslan Əmircanov, Kamal Bayramov və Rail Məlikov (hamısı “Keşlə”) da sifariş olunan 1985-ci il təvəllüdlülərdir.
İki ay öncə 17 yaşı olan Sənan Ağayev (“Sumqayıt”) ən gənc futbolçudur. Ayxan Süleymanlı (“Zirə”) da onun kimi 2004-cü il təvəllüdlü olsa da, 5 ay böyükdür.
Oxşar xəbərlər
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
"Sumqayıt" hamıdan öndədi - Premyer Liqa
“Qəbələ” – “Qarabağ” matçının vaxtı bilindi - Premyer Liqa
Azərbaycan Premyer Liqasının təqvimi açıqlandı - SİYAHI
Premyer Liqamızda ilk üç turun təqvimi məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası