Premyer Liqamızda oynamış ən gənc futbolçu oldu
Misli Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Səbail” (2:0) qarşılaşması birincilərin üzvü Nihad Əhmədzadə üçün əlamətdar olub.
Sportfm.az xəbər verir ki, “Sumqayıt” Futbol Akademiyasının yetirməsi olan yarımmüdafiəçi 16 yaş 144 günlüyündə adıçəkilən matçın 80-ci dəqiqəsində Todor Todoroskinin əvəzinə meydana daxil olmaqla Azərbaycan çempionatlarında debüt edib. Nihad, həmçinin cari mövsümdə Premyer Liqada meydana çıxan ən gənc futbolçu ünvanına sahib çıxıb.
Xatırladaq ki, klubun tarixində Nihad Əhmədzadədən öncə Səbuhi və Rüfət Abdullazadələr də ən gənc futbolçu ünvanına sahib çıxıblar. Belə ki, Samir Abasov 2017/2018 mövsümündə “Sumqayıt”nı çalışdırarkən Səbuhi Abdullazadə komandanın heyətində debüt etməklə Premyer Liqanın tarixinə düşmüşdü. O zaman Səbuhinin 15 yaşı var idi.
Oxşar xəbərlər
Mövsümün ən gənc 5 futbolçusu - Misli Premyer Liqası
Ülvi İsgəndərov üçün əlamətdar tur - 100-cü oyun
Mövsümün ən gənc oyunçuları - Misli Premyer Liqası
“Sumqayıt”da yeni rekordçu - Azərbaycan Premyer Liqası
"Sumqayıt" iki futbolçu ilə müqavilə imzaladı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası