"Sumqayıt" iki futbolçu ilə müqavilə imzaladı -FOTO
2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətinə yeni futbolçular cəlb edib.
Sportfm.az xəbər verir ki, akademiyanın yetirmələri və əvəzedici komandanın üzvləri olan Rüfət və Səbuhi Abdullazadə ilə üç illik müqavilə imzalanıb. Rüfət “Sumqayıt”da 20, Səbuhi isə 28 nömrəli formada çıxış edəcək.
Azərbaycanın U-19 millisinin üzvü olan gənc yarımmüdafiəçilər 2017/18 mövsümündə Premyer Liqada debüt ediblər. Rüfət qeyd olunmuş mövsümün 11-ci turunda “Keşlə” ilə qarşılaşmada (3:1) ilk Premyer Liqa oyununu keçiribsə, Səbuhi bu uğura 14-cü turda “Kəpəz”lə oyunda (3:0) nail olub.
Qeyd edək ki, Rüfət və Səbuhi 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.
Oxşar xəbərlər
Premyer Liqamızda oynamış ən gənc futbolçu oldu
"Sumqayıt"da yeni müqavilələr
"Sumqayıt"dan yeni transfer - 1+1 illik müqavilə
"Sumqayıt" Sadıxovu transfer etdi - FOTO
"Sumqayıt" "Zenit"in futbolçusunu transfer etdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası













Misli Premyer Liqası