reklam
14 oyun, 21 futbolçu
Sportfm.az xəbər saytı

14 oyun, 21 futbolçu


Azərbaycan Premyer Liqasında 2019-2020-ci illər mövsümündə birinci dövrə başa çatıb. 

Sportfm.az xəbər verir ki, "Qəbələ" ilk iki oyunda keçirdiyi 14 oyunda 13 xal toplayıb. "Qırmızı-qaraları" ilk 13 turda meydana çıxaran Sənan Qurbanov və baş məşqçi vəzifəsi yeni gətirilən Elmar Baxşıyev bu qarşılaşmalarda 21 futbolçunun xidmətindən yararlanıb. 

İki futbolçu -  Qismət Alıyevlə Davit Vollov əyalət təmsilçisinin çempionatdakı bütün görüşlərində meydanda olublar. Komandanın yetirməsi olan Qismət meydanda daha çox dəqiqə keçirməklə bu göstərici üzrlə lider olub -1211 dəqiqə. Amin Seydiyev, Ülvi İsgəndərov, Merab Qiaquri və Fernan Lopez 13 matça çıxıb. 13 futbolçu isə qarşılaşmaların yarıdan çoxunda - ən az 8 görüşdə iştirak edib. 

"Qəbələ"nin mövsümün ilk yarısında vurduğu 14 qola 6 futbolçu imza atıb. Komandanın bombardiri Davit Volkovdur - 5 qol. Ülvi İsgəndərli, Rövlan Muradov, Fernan Lopez  2 qola seviniblər. Qismət Alıyevlə Roman Hüseynov hərəyə 1 dəfə rəqib qapısına yol tapıblar. Komandanın 1 qolu isə avtoqola imza atan Donald Geryenin ("Neftçi") hesabına yazılıb.

 

Oxşar xəbərlər

14 oyun, 19 futbolçu - Azərbaycan Premyer Liqası
2020-ci ildə 19 oyun - Premyer Liqa
13 tur, 24 futbolçu - Premyer Liqa
"Qəbələ"nin futbolçuları ən yaxşılardandır - 29 dəfə rəmzi komandada
20 turda 26 futbolçu meydana çıxıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər