2020-ci ildə 19 oyun -Premyer Liqa
Başa çatmaqda olan 2020-ci il son günlərini yaşayır. “Qəbələ”nin əsas komandası bu il yalnız Premyer Liqada meydana çıxıb.
Sportfm.az xəbər verir ki, komanda bu müddətdə 19 rəsmi oyun keçirib. Buna koronavirus pandemiyası səbəb olub. “Qırmızı-qaralar” sona çatdırılmadan yekunlaşan 2019/20 mövsümündə cəmi 6 matça çıxıb, cari çempionatda isə 13 görüşdə qüvvəsini sınayıb. Hər iki mövsümün kubok görüşləri də baş tutmayıb.
“Qəbələ” 2020-ci ildə 5 qələbə qazanıb, 6 heç-heçə edib və 8 dəfə uduzub. Rəqib qapılarından 24 top keçirən futbolçular 31 qol buraxıb. 9 ev oyununda 2 qələbə və eyni sayda məğlubiyyəti olan “qırmızı-qaralar” 5 heç-heçə edib. Top fərqi komandanın xeyrinə olub – 13:11.
Səfərdə daha çox – 10 görüş keçirən futbolçular 3 qələbə və 1 heç-heçəyə imza atıb. 6 məğlubiyyəti olan komanda 11 top vurub və 20-ni buraxıb.
02.02.2020. Qəbələ - Keşlə - 1:2
07.02.2020. Sabah - Qəbələ - 3:2
16.02.2020. Səbail - Qəbələ - 3:1
22.02.2020. Qəbələ - Neftçi - 0:2
01.03.2020. Zirə - Qəbələ - 1:2
07.03.2020. Qəbələ - Sumqayıt - 5:0
23.08.2020. Qəbələ - Zirə - 1:1
13.09.2020. Sabah - Qəbələ - 3:0
19.09.2020. Qəbələ - Keşlə - 0:0
27.09.2020. Neftçi - Qəbələ - 1:1
03.10.2020. Qəbələ - Sumqayıt - 1:1
17.10.2020. Qarabağ - Qəbələ - 3:0
24.10.2020. Qəbələ - Səbail - 1:1
31.10.2020. Qəbələ - Sabah - 2:1
07.11.2020. Keşlə - Qəbələ - 3:1
22.11.2020. Qəbələ - Neftçi - 1:4
30.11.2020. Sumqayıt - Qəbələ - 0:1
20.12.2020. Qəbələ - Qarabağ - 1:1
24.12.2020. Səbail - Qəbələ - 1:3
2020-ci ildə keçirilən 19 matçda 30 futbolçu “Qəbələ”nin formasını geyinib. Baş məşqçi Elmar Baxşıyevin ən çox şans verdiyi oyunçular 16 dəfə meydana çıxıb. Bunlar Asif Məmmədov, Rövlan Muradov, Nikolas Raysel və Merab Qiqauridir. Qapıçı Anar Nəzirov 15 görüşdə iştirak edib.
“Qırmızı-qaralar”ın vurduğu 24 qola 11 futbolçu imza atıb. İlin bombardiri Nikolas Rayseldir. O, 6 dəfə fərqlənib. Rövlan Muradovla Rafael Utziqin hərəsi 3 qola sevinib. Asif Məmmədov, Ülvi İsgəndərov, Yusif Nəbiyev və İvitsa Juniçin aktivində 2 top var. 2020-ci ildə fərqlənməyi bacaran digər 4 futbolçu bir dəfə rəqib qapısına yol tapıb.
futbolçu oyun dəqiqə qol sarı qırmızı
Asif Məmmədov 16 1085 2 6 0
Nikolas Raysel 16 1302 6 5 1
Merab Qiqauri 16 1440 0 5 0
Rövlan Muradov 16 1105 3 10 1
Anar Nəzirov 15 1325 -22 3 0
İdris İnqilablı 14 1150 0 2 0
Yurgen Qoxa 12 1061 1 2 0
Vinko Medimoreç 12 1033 0 1 0
Cavid Hüseynov 11 515 0 2 0
Rafael Utziq 11 872 3 2 0
Murad Musayev 11 877 0 2 0
Ülvi İsgəndərov 11 536 2 1 0
Stefan Vukçeviç 10 698 0 1 0
Yusif Nəbiyev 10 575 2 1 0
Qismət Alıyev 10 900 0 1 0
Ceyms Adeniyi 9 505 1 2 0
Ehtiram Şahverdiyev 7 221 0 0 0
Amin Seydiyev 6 540 1 0 0
İvitsa Juniç 6 515 2 0 0
Klesio Bauk 6 540 0 1 0
Ferreyroa Lopes 5 418 1 3 1
Tərlan Əhmədli 5 385 -9 2 0
Abdelrafik Jerar 4 206 0 1 0
Rüfət Əhmədov 4 315 0 1 0
Roman Hüseynov 4 58 0 0 0
Rodriqo Qattas 4 168 0 1 0
Sadiq Quliyev 3 205 0 2 0
Faiq Hacıyev 2 180 0 0 0
Yaovi Akakpo 2 20 0 0 0
Kamal Mirzəyev 1 1 0 0 0
Oxşar xəbərlər
"Səbail" - "Qəbələ" - 22-ci duel
28 oyun, 25 futbolçu - Azərbaycan Premyer Liqası
"Qəbələ" - "Zirə" - START HEYƏTLƏR
"Neftçi" - "Qəbələ" - START HEYƏTLƏR
13 tur, 24 futbolçu - Premyer Liqa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası