20 turda 26 futbolçu meydana çıxıb
“Qəbələ” Azərbaycan Premyer Liqasının arxada qalan 20 turunda 26 futbolçunun xidmətindən yararlanıb.
Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Amin Seydiyevlə Qismət Alıyev koronavirus pandemiyası üzündən dayandırılan çempionatda “qırmızı-qara” forma ilə hamıdan çox - hərəyə 19 oyun keçirib. Amin bu görüşlərdə əvəzolunmadan meydanda olub.
Legionerlər arasında Merab Qiqauri, Fernan Lopez və Klesio Bauk daha çox - 18 matçda şans qazanıb. Daha iki oyunçu - Ülvi İsgəndərovla Rövlan Muradov da eyni sayda qarşılaşmanın iştirakçısı olub.
Komandanın qollarına 9 oyunçu imza atıb. Baş tutan 20 görüşdəki ən məhsuldar oyunçusu qış fasiləsində “Qəbələ”dən ayrılan Davit Volkovdur. Onun hesabında 5 top var. Qışda heyətə qatılan Nikolas Raysel isə 4 matçda 4 qol vurmaqla yüksək məhsuldarlığı ilə seçilib. Rövlan Muradovun da aktivində eyni sayda qol var. Fernan Lopezlə Ülvi İsgəndərov 3, İvitsa Juniç 2 dəfə fərqlənib. Amin Seydiyev, Qismət Alıyev və Roman Hüseynovun 1 qolu var. Daha bir qol isə rəqib avtoqolu sayəsində gerçəkləşib. Bu topun müəllifi Donald Geryedir (“Neftçi”).
Oxşar xəbərlər
2020-ci ildə 19 oyun - Premyer Liqa
Mövsümdə 11, tarixdə 22 - "Qəbələ"nin statistikası
"Qəbələ"nin futbolçuları ən yaxşılardandır - 29 dəfə rəmzi komandada
14 oyun, 21 futbolçu
"Qəbələ" Avropa Liqası üçün 26 futbolçu sifariş etdi - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası