reklam
AFFA-dan cəzalar
Sportfm.az xəbər saytı

AFFA-dan cəzalar


Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportfm.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın 10-cu turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.
Topaz  Premyer Liqasının X turunun "Zirə” – "Kəpəz” matçında "Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 70-ci dəqiqəsində "Kəpəz” klubunun futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Topaz  Premyer Liqasının X turunun "İnter” – "Sumqayıt” matçının 83-cü dəqiqəsində meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. "İnter” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub.

Oxşar xəbərlər

"Kəpəz" və "Qəbələ" cərimələndi
Riçard Almeyda neçə oyunda "Qarabağ"a kömək edə bilməyəcək?
AFFA-dan tərbiyəsizlik edən futbolçuya ağır cəza
AFFA-dan cərimələr
Mövsümün ilk cəzaları açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər