Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mövsümün ilk cəzaları açıqlandı
Bu gün AFFA İntizam Komitəsinin yeni mövsümdə ilk iclası keçirilib. Sportfm.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının və əvəzedicilərin çempionatının 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
Topaz Premyer Liqasının I turunun AZAL – "Neftçi” matçının 36-cı dəqiqəsində "Neftçi” klubunun 3 №-li futbolçusu Jayro Rodriges ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 36-cı dəqiqəsində AZAL klubunun 11 №-li futbolçusu Ruslan Nəsirli rəqibi itələdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 38.1).
Topaz Premyer Liqasının I turunun "İnter” – "Qarabağ” matçında "İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun AZAL – "Neftçi” matçının 81-ci dəqiqəsində AZAL klubunun 13 №-li futbolçusu Səbuhi Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 37.1).
Oxşar xəbərlər
AFFA "Mançester Yunayted"in futbolçusunu cəzalandırdı
Təhqiredici pankartlar "Qəbələ"ni ziyana saldı
Samir Abasov cəzalandırıldı
"Kəpəz" və "Qəbələ" cərimələndi
AFFA Qriqorçuku cəzalandırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin