reklam
Bakı çempionatının qalibləri müəyyənləşdi -
Sportfm.az xəbər saytı

Bakı çempionatının qalibləri müəyyənləşdi -SİYAHI


Fövqəladə Hallar Nazirliyinin Hövsandakı İdman Kompleksində keçirilən cüdo üzrə Bakı şəhər açıq çempionatının bütün qalibləri məlum olub.

Sportfm.az xəbər verir ki, iki gün davam edən yarışda paytaxtın 27 klubundan 235 cüdoçu medallar uğrunda mübarizə aparıb. Şəhər çempionatında fərqlənən cüdoqi ustaları gələn ay keçiriləcək Azərbaycan birinciliyində iştirak etmək hüququ qazanıblar.

Medalçılar Azərbaycan Cüdo Federasiyası və Bakı şəhər Gənclər, İdman Baş İdarəsi tərəfindən mükafatlandırılıb.

Paytaxt çempionatının qalibləri:

Kişilər

60 kg Vəlizadə Qasım
66 kg Heydərli Murad
73 kg Şəfiyev Elcan
81 kg Məmmədov Kərim
90 kg Ağakişiyev İbrahim
100 kg Bəşirov Natiq
+100 kg Məmmədov Hüseyin

Qadınlar

48 kg Həmidova Şəfəq
52 kg Qədirova Səbinə
57 kg Hacıyeva Gülcahan
63 kg Bağırzadə Günel
70 kg Baxışova Aidə
78 kg Əmirli Nərmin
+78 kg Kərimova Rəvanə

Oxşar xəbərlər

Paytaxtın ən güclüləri bilindi
Cüdo üzrə Bakı birinciliyinə yekun vuruldu - FOTO
Bakı çempionatının qalibləri müəyyənləşdi
Bakı birinciliyində ilk günün qalibləri məlum oldu
Bakı birinciliyinin ilk gününə yekun vuruldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər