Cüdo üzrə Bakı birinciliyinə yekun vuruldu -FOTO
Hövsanda yerləşən FHN İdman Kompleksində keçirilən 21 yaşadək gənclər arasında cüdo üzrə Bakı birinciliyinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, turnirin sonuncu günündə 8 çəki dərəcəsində mübarizə aparan cüdoçular arasında qaliblər bəlli olub.
Əmrah Səlimli (60 kq), Elcan Şəfiyev (73 kq), Kamran Novruzov (90 kq), Kənan Nəsibov (+100 kq) oğlanların mübarizəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.
Qızların yarışında isə Vüsalə Kərimova (48 kq), Vüsalə Hacızadə (57 kq), Rahidə Cavadova (70 kq) və Firuzə Hacıverdiyeva (78+kq) çempion olublar.
Paytaxt birinciliyinin qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman baş idarəsinin medal və diplomları təqdim olunub.
Qeyd edək ki, 2 gün davam edən Bakı şəhər açıq birinciliyində 25 klubdan 217 gənc cüdoçu medallar uğrunda mübarizə aparıb.
Oxşar xəbərlər
Paytaxtın ən güclüləri bilindi
Cüdo üzrə ölkə birinciliyində bütün qaliblər müəyyənləşdi - FOTO
Azərbaycan birinciliyində ilk günün qalibləri müəyyənləşdi - FOTO
318 cüdoçunun medallar uğrunda gərgin mübarizəsi - VİDEO
Bakı birinciliyinin ilk gününə yekun vuruldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası