reklam
Bakı birinciliyində ilk günün qalibləri məlum oldu
Sportfm.az xəbər saytı

Bakı birinciliyində ilk günün qalibləri məlum oldu


"Sərhədçi" Olimpiya İdman Kompleksində 23 yaşadək cüdoçular arasında keçirilən Bakı şəhər açıq birinciliyində ilk günün qalibləri məlum olub. 

Sportfm.az xəbər verir ki, oğlanların mübarizəsində Rəşad Baxşəliyev (60 kq) və Rəşid Məmmədəliyev (66 kq) qızıl medal qazanıb.

Qızlar arasında isə Şəfəq Həmidova (48 kq), Elvira Əsgərova (52 kq), Zəhra Mehdiyeva (57 kq), Cəmalə Muqumova (63 kq), Günel Həsənli (70 kq), Nərmin Əmirli (78 kq), Aytəkin Paşazadə (+78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 

Qalib və mükafatçılara Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları verilib. Paytaxt birinciliyinin ilk günü 60 illik yubileyini qeyd edən beynəlxalq dərəcəli hakim Valeh Məhərrəmliyə Azərbaycan Cüdo Federasiyasının xüsusi hədiyyəsi təqdim olunub.

Oxşar xəbərlər

Paytaxtın ən güclüləri bilindi
Azərbaycan birinciliyində ilk günün qalibləri müəyyənləşdi - FOTO
Günel Bəkirzadə yenə hamıdan üstün oldu
Paytaxtımızın ən güclü cüdoçuları məlum oldu
Bakı birinciliyinin ilk gününə yekun vuruldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər