
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
“Böyük Dəbilqə” turnirinə start verildi
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə "Böyük Dəbilqə” beynəlxalq turnirə start verilib. Sportfm.az Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi aktivinə medal yazdıra bilməyib.
Cüdoçularımız Oruc Vəlizadə (60 kq), İlqar Müşkiyev və Vüqar Şirinli (66 kq) ilkin qarşılaşmalarda məğlub olaraq mübarizəni dayandırıblar.
60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mehman Sadıqov ilk qarşılaşmasında almaniyalı Flip Qrafa qalib gəlib. Lakin növbəti görüşündə Braziliya təmsilçisi Erik Takabatakeyə məğlub olaraq təsəlliverici görüşə vəsiqə əldə edib. Mehman Sadıqov bu mərhələdə türkmənistanlı Abbas Abbasov üzərində qələbə qazanıb. Bürünc medal uğrunda qarşılaşmada isə Rusiya cüdoçusu Albert Oğuzova məğlub olan təmsilçimiz 5-ci yeri tutub.
Qeyd edək ki, 34 ölkədən 157 cüdoçunun (96 kişi, 61 qadın) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan millisi 12 cüdoçu ilə təmsil olunur. Oktyabrın 29-da "Böyük Dəbilqə” turnirində cüdoçularımız Rüstəm Orucov, Fəqan Quluzadə (hər ikisi - 73 kq), Elvin Əhmədli və Ruslan Fərrüxzadə (hər ikisi - 81 kq) mübarizəyə qoşulacaqlar.
Oxşar xəbərlər
Cüdoçularımız günü bir medalla başa vurdu - Böyük Dəbilqə
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də qızıl medal qazanıb
Azərbaycan cüdoçusu İsraildə Avropa çempionu oldu
Rüstəm Orucov "Böyük Dəbilqə" beynəlxalq turnirində gümüş medal qazandı
“Böyük Dəbilqə”nin ilk günündə 2 medal qazandıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heç kim AFFA ilə çalışmaq istəmir - Həşimov da düşünmək üçün vaxt istədi - EKSKLÜZİV
-
Anatoli Nuriyev əvəzedici komandada çıxış edəcək
-
Qurban Qurbanov Almeyda ilə belə vidalaşdı - FOTO
-
AFFA “Sabah” – “Turan Tovuz” matçının mübahisəli epizodlarını şərh etdi
-
Millimiz Xorvatiyada təlim-məşq toplanışına başladı
-
"Qarabağ" - "Səbail" - START HEYƏTLƏR