reklam
BOK-un prezidenti gender bərabərliyinin vacibliyini vurğuladı
Sportfm.az xəbər saytı

BOK-un prezidenti gender bərabərliyinin vacibliyini vurğuladı


Polşada Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyası keçirilib. Tədbir Polşa Olimpiya Komitəsinin yaranmasının 100 illiyinə təsadüf edib.

Sportfm.az xəbər verir ki, Baş Assambleyada çıxış edən BOK prezidenti Milli Olimpiya komitələrini (MOK) Avropa idman modelini daha da inkişaf etdirməyə çağırıb. O, tədbir iştirakçılarına səslənərək deyib: “MOK-lar və Olimpiya Oyunlarının məqsədi pul qazanmaq deyildir. Biz dünyada sülhə, qardaşlığa xidmət edən idmanın inkişafı və tərəqqisi üçün çalışırıq”.

BOK prezidenti gender bərabərliyinin vacibliyi məsələsinə də toxunub. O deyib: “Gender bərabərliyi hər bir təşkilat üçün mühüm əhəmiyyətli məsələdir. Çünki yaşadığımız cəmiyyətin yarısını məhz qadınlar təşkil edir”.

T.Bax Polşada olduğu müddətdə Polşanın idman və turizm naziri və Beynəlxalq Antidopinq Agentliyinin (WADA) yeni prezidenti Vitolda Banka ilə görüşüb. Bundan başqa, o, BOK-un üzvləri – “Paris 2024” Yay Olimpiya Oyunlarının Əlaqələndirmə Komissiyasının sədri Pyer Olivye Bekers-Vejan və İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo və digərləri ilə görüşüb.

Oxşar xəbərlər

Olimpiya Oyunlarında Azərbaycanı iki bayraqdar təmsil edəcək
Fərid Mansurovun yolunu kim davam edəcək? - Bayraqdarımız kim olsun?
İdmançıların 49 faizi qadınlar olacaq
Bizim missiyamız dünyada sülhə xidmət etməkdir - BOK prezidenti
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Yaponiyada - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər