reklam
Olimpiya Oyunlarında Azərbaycanı iki bayraqdar təmsil edəcək
Sportfm.az xəbər saytı

Olimpiya Oyunlarında Azərbaycanı iki bayraqdar təmsil edəcək


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin "Tokio -2020" Yay Olimpiya Oyunlarının açılışında hər ölkədən 2 bayraqdarın olması haqda qərarını Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) müsbət qiymətləndirir. BOK gender bərabərliyinin tənzimlənməsi məqsədilə "Tokio-2020"nin açılış mərasimində kişi və qadın bayraqdarın olmasının vacibliyini vurğulayıb və bu məqsədlə Milli Olimpiya komitələrinə müraciət edib.

Sportfm.az xəbər verir ki, bu haqda BOK-un İcraiyyə Komitəsinin qərarını şərh edən MOK-un vitse -prezidenti Çingiz Hüseynzadə bildirib.

Ç.Hüseynzadənin sözlərinə görə, Olimpiya Oyunlarında bayraqdar statusu qazanmaq idmançılar üçün çox əhəmiyyətlidir. Təbii ki, BOK-un bu tarixi qərarını dəstəkləyən Azərbaycan, Yay Olimpiya Oyunlarında ölkənin ilk qadın bayraqdarının seçilməsinə xüsusi həssaslıqla yanaşacaq.

Qeyd edək ki, Azərbaycan Olimpiya tarixində Nazim Hüseynov, Nizami Paşayev, Fərid Mansurov, Elnur Məmmədli, Teymur Məmmədov, Sergey Rılov, İqor Lukanin və başqa nüfuzlu idmançılar bayraqdar olaraq açılış mərasimlərində Azərbaycanı təmsil ediblər.

Oxşar xəbərlər

Olimpiadada iki bayraqdar olacaq! - Təzad
Azərbaycan millisinin bayraqdarı məlum oldu - Tokio-2020
Fərid Mansurovun yolunu kim davam edəcək? - Bayraqdarımız kim olsun?
Azərbaycan atleti Xüsusi Yay Olimpiya Oyunlarında bayraqdar olacaq
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Yaponiyada - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər